Türkiyə ordusu müxtəlif istiqamətlərdən Afrinin mərkəzinə doğru inamla irəliləyir.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türk və Azad Suriya orduları ötən gecədən əməliyyata başladıqları Afrinin şimalındakı Huruz dağını da PYD/PKK-dan azad edib: "Bununla da Afrinin şimalındakı Bülbül bölgəsindəki strateji Huruz dağına yönəlik əməliyyat uğurla başa çatdırılıb. Bu dağın alınması ilə Bülbül qəsəbə mərkəzinin təhlükəsizliyinin tam təmin olunduğunu demək olar".
Məlumata görə, bu dağla yanaşı, Türk ordusu Afrinin qərbində yerləşən Şeyx Xadid bölgəsinə bağlı olan Hac Bilal kəndini də terrorçulardan təmizləyiblər.
Mia.az