Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Mia.az həmin məktubu təqdim edir: 

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".