Prezident İlham Əliyev Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Tağı Əhmədov bu günlərdə yubiley yaşını qeyd edir. Belə ki, iki gün öncə - fevralın 1-də onun 70 yaşı tamam olub. 

O, həm də YAP Yasamal rayon təşkilatının sədridir.

Mia.az