Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Mia.az xəbər verir ki, trend-in məlumatına görə, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.