Azərbaycan Ordusunun əsgəri həlak olub
Azərbaycanın cəbhə xəttində daha bir əsgər ölümü hadisəsi baş verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə sentyabrın 16-sı səhər saatlarında Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən ?N? saylı hərbi hissəsində baş verib.
Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Rufət Zaur oğlu Səmədov aldığı güllə yarasından həlak olub. Hadisə hərbi hissənin əsgəri, 19 yaşlı Amil Rəşid oğlu Kərimovun silahı boşaldarkən onunla ehtiyatsız davranması nəticəsində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Əsgərin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mərhumun meyiti bu gün saat 12.00-da anadan olduğu Ələt qəsəbəsində torpağa basdırılacaq.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08