MSK 79 nəfərin namizədliyini təsdiqləyib
Parlament seçkilərində iştirak etmək üçün Dairə Seçki Komissiyaları tərəfindən 79 nəfərə imza vərəqələri verilib. Mərkəzi Seçki Komissiyasının ?Seçkilər? İnformasiya Mərkəzindən MİA-ya verilən məlumata görə, iddiaçıların əksəriyyəti bitərəf şəxslərdir.
Belə ki, bu vaxta qədər imza vərəqələrini götürənlərin 51-i namizədliyini öz təşəbbüsü ilə irəli sürənlərdir. Bununla bərbər Demokratik Azərbaycan Dünyası Partiyasının 6, Klassik Xalq Cəbhəsi Partiyasının 13, Milli İstiqlal Partiyasının 2, ?Qarabağ? Seçki Blokunun 5, İslahat Seçki Blokunun 1, Tərəqqi Partiyasının 1 üzvü imza vərəqələri götürüb.
Öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərin 5-i Yeni Azərbaycan Partiyasının, 1-i Milli Demokrat Partiyasının, 1-i Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08