Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana anasının vəfatı ilə əlaqədar başsağlığı verib.

Mia.az Prezidentin məktubunu təqdim edir:

 
"Əlahəzrət, ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. 

Allah rəhmət eləsin!”.