Sabiq millət vəkili Hüseyn Abdullayevin polis tərəfindən saxlanılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. 25 saylı DSK keçmiş deputatın sənədlərini qəbul edib. DSK katibi Səməndər Mehdiyev MİA-ya açıqlamasında bildirib ki, H.Abdullayevin sənədləri səlahiyyətli nümayəndəsi tərəfindən DSK-ya təqdim olunub. DSK katibi yayılan xəbərlərə də aydınlıq gətirib: "Hüseyn Abdullayevə qarşı burada heç bir təzyiq-filan olmayıb. Yayılan xəbərlər şayidir?. Qeyd edək ki, H.Abdullayevin sənədlərini DSK-ya təqdim edərkən DSK-da münaqişə yaranması ilə bağlı xəbər yayılmışdı.