ilqar Məmmədov seçki kampaniyası üçün pul yığır
"Bir çoxunuz soruşursunuz ki, Re: AL! seçki kampanyasını hansı pulla aparacaq. Cavabım sadədir: seçkiyə öz cibimdən tərəfdarlarımdan yığdığım ianələr qədər vəsait xərcləməyi düşünürəm. Yəni, seçki hesabıma köçürəcəyiniz hər manatın üstünə birini də özüm qoyacam".
Bu fikirlər Binəqədi 9 saylı SD-dən namizəd olmağı planlaşdıran politoloq İlqar Məmmədovun ianə müraciətində yer alıb. Politoloq dostlarından kampaniyasına maddi dəstək verməyi xahiş edir: "İanənizin miqdarı çox kiçik də ola bilər. Bu qrupdakı hər kəs 10 manat köçürsə, bu, 5 min manatdan çox vəsait edir. Fərdi köçürmələrin yuxarı həddi 3 min manatdır, amma inanmıram ki, Azərbaycanda hazırda kimsə seçki fonduna belə ianə edə.
Beləliklə, Beynəlxalq Bankdakı seçki hesabıma ianə köçürərkən, aşağıdakı məlumatları mütləq göstərin: soyadınız, adınız, atanızın adı, şəxsiyyət vəsiqənizin seriyası, nömrəsi, verilmə tarixi, vəsiqədəki yaşayış yerinin ünvanı və doğum gününüz. Yəni, banka gedərkən vəsiqəni özünüzlə götürün.
Köcürməni istənilən bankda və ya rabitə şöbəsində edə bilərsiz. Mümkünsə (amma önəmli deyil) ianəni təsdiq edən sənədin surətini bizə çatdırın (skan və ya şəxsən).
Bank detallarım:
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı
Hesabın sahibi: İlgar Eldar oğlu Məmmədov
Hesabım: 33801019441827683204
Bankın kodu: 805722
Bankın Mərkəzi Bankda müxbir hesabı: 0137010002944
Bankın VÖEN-i: 9900001881
SWIFT: IBAZAZ 2 X
Əlaqə: ilqar@mail.ru və ya Facebookda şəxsi mesaj.
Təşəkkür edirəm, çünki uğurumuz birgə uğur olacaq.
İlqar
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51