Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycanda səfərdə olan vitse-prezidenti Filip Le Ueru ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, nazir ölkədə məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar, o cümlədən vətəndaşların hüquqlarının etibarlı təmin edilməsi və əhalinin müraciət imkanlarının artırılması üçün yeni regional məhkəmələrin yaradılmasını, inzibati ədliyyənin formalaşdırılmasını, hakimlərin sayının 2 dəfə artırılmasını və digər addımları qonağın diqqətinə çatdırıb. Filip Le Ueru son illər ərzində iqtisadi və hüquqi sahədə yüksək uğurlarını təqdir edib, digər dövlətlərin on illər ərzində əldə etdikləri nailiyyətləri Azərbaycanın qısa müddətdə qazandığını bildirib.