"Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir". 

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.  

"Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib.   

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı” əməliyyatına başlayıb/APA.