Bu gün saat 12.30 radələrində Xaçmaz rayonunda qadın meyiti tapılıb. Rayon prokurorluğundan verilən məlumata görə, meyiti tapılan qadın Nəcimə Babayeva adlı şəxsdir. N.Babayevanın cəsədi ?Arzu? Ticarət Mərkəzinin arxasında aşkarlanıb. İlkin ehtimallara görə, mərhum qətlə yetirilib.Qeyd edək ki, Nəcimə Babayevanın ?Arzu? Ticarət Mərkəzinin direktoru olduğu bildirilir. Mərhumun qızı ans-in bölgə müxbirinə açıqlamasında anasının qətlə yetirildiyini bildirsə də, rayon prokuroru hələlik bununla bağlı araşdırma aparıldığını bildirib. Hadisənin dəqiq səbəbi aparılan tibbi müayinədən sonra məlum olacaq.