Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib. 
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var. 
 
Hazırda axtarışlar davam etdirilir.  

***

05.22

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

 APA-nın məlumatına görə, bu barədə "İnterfaks” agentliyi xəbər verib.

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub.

 Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.