Türkiyə Silahlı Qüvvələri Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı barədə yeni məlumat yayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyat başlayandan bu günədək PKK/PYD və İŞİD üzvü olan 287 terrorçu məhv edilib, Afrinin müxtəlif istiqamətlərində olan 300-dək hədəf sıradan çıxarılıb.

Dünən şəhid olan iki türk əsgərinin nəşinin isə hələ də götürülməsinin mümkün olmadığı da vurğulanıb.

Qeyd edək ki, əməliyyatdan bu günədək Türk ordusu Azad Suriya Ordusu ilə birlikdə 8 şəhid verib.

Mia.az