ABŞ-ın Dövlət katibi Reks Tillerson Fransada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə iki tərəf arasında son aylardakı gərginlik vı Afrin əməliyyatı müzakirə olunub.

Çavuşoğlu deyib ki, Tillerson görüşdə bir neçə dəfə "Biz Türkiyə ilə üz-üzə, qarşı-qarşıya gəlmək istəmirik" deyib: "Mən də dedim ki, biz də belə istəmirik. Əksinə, ABŞ-la birgə bölgədə terrorun kökünü kəsməyə hazır olduğumuzu dedik".

Nazir qeyd edib ki, müzakirələrdə Tillerson Türkiyəyə Suriya ilə sərhədboyu 30 km-lik təhlükəsizlik zonasının yaradılmasını da təklif edib.

Mia.az