Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

Görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.