Prezident İlham Əliyev yanvarın 24-də Davosda "IBM” şirkətinin baş icraçı direktoru, xanım Cinni Rometti ilə görüşüb.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə səfəri davam edir. Azərbaycan prezidenti yanvarın 24-də Davosda ABŞ-ın "Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşüb.
