Baş nazir Artur Rasizadə "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər ediib.

Mia.az xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər olunub.

1. 1.4-cü bəndə "hərbi vəzifəlilər” sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

"1.7. Azərbaycan Respublikası- nın Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən aparılır.”.