Sel dazqınlarının qarzısını vaxtında almaq üçün uzunmüddətli proqram hazırlanır
Azərbaycanın cənub rayonlarında leysan yağışlardan zərər çəkmiş evlərin təmir və bərpasına başlanacaq. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Onun sözlərinə görə, Lerik və Lənkəran rayonlarında su basmış evlərdən sakinlər vaxtında köçürüldüyündən heç bir hadisə baş verməyib. Hazırda bu rayonlarda zərər çəkmiş evlərlə bağlı təhlillərin aparıldığını qeyd edən nazir qeyd edib ki, təhlillər yekunlaşandan sonra bu evlərin təmirinə başlanacaq.
K.Heydərov onu da bildirib ki, Azərbaycanda sel daşqınlarının qarşısını vaxtında almaq üçün uzunmüddətli proqram hazırlanır. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi hazırda Hollandiya şirkəti ilə proqram üzərində iş aparır. Proqramda Kür və Araz çaylarının sel basmalarının qarşısının vaxtında alınması, bu məqsədlə su ötürücü sistemlərin yaradılması, mövcud sistemlərin yenidən qurulması, bənd vurma işlərinin aparılması və s. öz əksini tapacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08