ilham Əliyev Rusiya dövlət bazçısını ad günü münasibətilə təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə telefonla zəng edib. Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Rusiya prezidenti göstərilən diqqət və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Rusiya prezidentinin Azərbaycana son səfəri, səfərin nəticələri və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08