Türkiyə ordusu "Zeytun budağı" adlı əməliyyatının 3-cü günündə Afrində daha 11 kəndi PKK/PYD və İŞİD terrorçularından tam təmizləyib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə tanklarının və komandoslarının Azad Suriya Ordusu ilə birgə həyata keçirdiyi əməliyyat çox sürətlə davam edir: "Hazırda ordu Afrinin mərkəzinə doğru 8 km irəliləyib".
Məlumata görə, Suriyanın Aziz bölgəsi də daxil olmaqla, 3 istiqamətdən hücuma keçən Türkiyə ordusunun sürətli və əmin əməliyyatı PKK/YPG qüvvələrini böyük təlaşa salıb. Onlar mülki geyim geyinərək əhalinin arasına sığınmaqla, ölümdən yayınmağa çalışırlar. Ordudan verilən məlumata görə, qaçan PKK/PYD terrorçuları bombalı tələlərə də qururlar.
Mia.az