Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı 2010-cu il dekabrın 1-dən 4-dək Kambocanın Pnompen şəhərində keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Altıncı Baş Assambleyasına dəvət olunub. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, konfransın əsas mövzusu ?Asiya daha yaxşı gələcək axtarışında?dır və konfransın əsas məqsədi demokratiyanı möhkəmləndirmək və bölgənin həyat səviyyəsinin qaldırılmasına xidmət edir. Dəvət məktubu AVP-yə Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən çatdırılıb.