AXCP ilə Müsavat liderləri daha iki dairədə vahid namizədini müəyyənləzdirdi
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında növbəti görüş keçirilib. Bu barədə MİA-ya açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, görüşdə daha iki seçki dairəsi üzrə ?AXCP-Müsavat? seçki blokunun vahid namizədləri müəyyənləşdirilib.
A.Hacılı deyib ki, 26 saylı Sabunçu I seçki dairəsindən Müsavat başqanının müavini Tofiq Yaqublu vahid namizəd olacaq. 32 saylı Suraxanı III seçki dairəsindən isə Mehman Cavadoğlunun vahid namizəd olması qərarlaşdırılıb. Həmin dairədən namizədliyini irəli sürməyi planlaşdıran Müsavat Divanının üzvü İbrahim İbrahimli seçkiyə qatılmayacaq.
Müsavat yetkilisi onu da bildirib ki, sabah hər iki partiyanın fəallarının birgə müşavirəsi keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08