Sentyabrın 11-də Məzahir Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, əvvəlcə Komissiyanın 6 sentyabr və 8 sentyabr 2010-cu il tarixli iclasılarnın protokolları təsdiqləyib. Sonra 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar ?Qarabağ? və ?İnsan naminə? siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılıb və hər iki blokun qeydə alınması barədə qərar qəbul olunub. Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini də qeydə almışdır. Komissiya imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunin yaradılması və həmin qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. MSK-nın sədri Məzahir Pənahov bildirib ki, ?İslahat?, ?Demokratiya? və ?AXCP-Müsavat? seçki blokları həmçinin qeydiyyat üçün MSK-ya sənəd təqdim ediblər. İclasda Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.