Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə Vladiqafqazda baş verən terror aktı ilə bağlı başsağlığı verib. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzulayıram", deyə dövlət başçısının məktubunda bildirilir.