Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Azərbaycan bayrağı altında üzən ?PTS? tipli ?Tayfun? gəmisi saxlanılıb. Yerli ?RİA-Dağıstan? agentliyinin məlumatına görə, sentyabrın 7-də saxlanılan gəminin göyərtəsində Azərbaycan vətəndaşlarından ibarət 10 nəfərlik komanda olub. Gəminin göyərtəsinə baxış zamanı 3000 kq. nərə balığı və 300 kq.-dan artıq qanunsuz ovlanmış kilkə, həmçinin böyük miqdarda balıqçı toru və ləvazimatları aşkarlanıb. Faktla bağlı təhqiqat aparılır. Yekun nəticədə balıqlar qanuna müvafiq olaraq məhv ediləcək.