Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinin yerləşdiriləcəyi universitetlərin siyahısını açıqlayıb. Nazirlikdən MİA-ya verilən məlumata görə, ABU-da qanuni təhsil alan 200-dək tələbə müvafiq ixtisaslar üzrə 9 özəl ali məktəblər arasında bölüşdürüləcək. Həmin ali məktəblər ?Odlar Yurdu? Universiteti, Bakı Asiya Universiteti, Bakı Qızlar Seminariyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İctimai-Siyasi Kolleci, Bakı Biznes Universiteti, Avrasiya Universiteti, ?Təfəkkür? Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasıdır. Xatırladaq ki, sentyabrın 1-dən Təhsil Nazirliyi ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.