Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Cavad Zəriflə İrandakı etiraz aksiyalarını müzakirə edib.

Mia.az xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məumat yayıb.

Bildirilib ki, Çavuşoğlu İrandakı aksiyalardan narahat olduqarını həmkarının diqqətinə çatdırıb.

Daha sonra hər iki nazir etiraz aksiyaları ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən gecə aksiyalar yenə davam edib, nəticədə baş verən qarşıdurmada daha 9 nəfər ölüb. Bununla da ölənlərin sayı 28-ə çatıb.

Mia.az