Bakıda və Abşeron yarımadasında Ramazan bayramının ilk günü dəyişkən buludlu, yağmursuz hava müşayiət ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 20-23?, gündüz 26-29?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23? olacaq. Sentyabrın 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 16-19?, gündüz 20-23? təşkil edəcək. Sentyabrın 11-də də buludlu hava davam edəcək. Gündüz arabir açılacaq. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-17?, gündüz 20-23? olacaq. Azərbaycanın rayonlarında sentyabrın 9-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək. Havanın temperaturu gecə 18-22?, gündüz 27-32?, dağlarda gecə 10-15?, gündüz 18-23? olacaq. Sentyabrın 10-11-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda güclənəcək, 11-də gündüz şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 22-26?, dağlarda gecə 8-12?, gündüz 15-18? təşkil edəcək.