Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Liberal (ALP), Azərbaycan Yaşıllar (AYP) partiyalarının və Ziyalılar Birliyinin təmsil olunduğu ?İnsan Naminə? seçki blokunun səlahiyyətli nümayəndələri 07 sentyabr 2010-cu il tarixində blokun qeydiyyat üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. MIA-nın xəbərinə görə, seçki qanunvericiliyinin tələbinə əsasən, MSK sənədlərin qəbulundan ötən 5 gün müddətində ?İnsan Naminə? seçki blokunun qeydiyyatı ilə bağlı qərar qəbul etməlidir. Xatırladaq ki, sentyabrın 5-də VİP sədri Əli Əliyev və ALP-nin sədr əvəzi Əvəz Temirxan ?İnsan Naminə? seçki blokunun yaradılması haqqında Saziş imzalayıblar. Daha sonra VİP və ALP-nin rəhbər orqanları partiyaların bloka daxil olmalarına qərar veriblər. ?İnsan Naminə? blokunun təsdiq olunmuş səlahiyyətli nümayəndələri MSK-ya təqdim olunacaq sənədlər toplusunun hazırlanması üzərində işi bu gün (07 sentyabr) yekunlaşdıraraq blokun qeydiyyatı üçün ali seçki qurumuna müraciət ediblər.