?Vahid namizəd olmaq lazımdır, həm də zərurətdir. Lakin AXCP-Müsavat arasında 10 dairədə hələ də anlaşma alınmayıb. Bir sıra dairələrin, o cümlədən mənim və Arzu bəyin iddia etdiyi 8 saylı Binəqədi 1-ci SD-nin də sərbəst buraxılması, yəqin ki, labüd olacaq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev deyib: ?Geri çəkilmək çox çətindir. 5 ildir ki, yeni seçkiləri gözləyirdim, hazırlaşırdım, yüzlərlə insanla 5 il ərzində daima ünsiyyətdə olmuşam. 5 il çalışmadan 1 gündə necə imtina edək? Təbii ki, Arzu bəyin də bu dairədən iddialı olmasını tanıyıram və uğurlar arzulayıram. Hər ikimiz müxalifət təmsilçisiyik. Hansımız udarsa, müxalifətin qələbəsi olacaq?.