?İnsan naminə? Seçki Blokunun rəhbərliyi Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüblər. VİP-in mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, görüşdə VİP sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan iştirak edib. Tərəflərin apardığı müzakirələrdə əsas diqqət Azərbaycanda bu il noyabrın 7-nə təyin olunmuş parlament seçkilərinə yönəldilib. P.Semnebi təmsil etdiyi Birliyin Azərbaycanda mövcud olan seçkiqabağı şəraitlə bağlı mövqeyi barəsində partiya sədrlərinə məlumat verib. Avropalı diplomat eyni zamanda, Aİ-nin parlament seçkilərinə dair nəzərdə tutduğu addımlarla əlaqədar məsələlərə də aydınlıq gətirib. P.Semnebi Bakıya son səfəri çərçivəsində keçirdiyi görüşlər haqda təəssüratlarını da bölüşüb.