"Sülhün bərqərar olmasından sonra Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan sərhədləri açıla bilər"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd İğdır vilayətinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, Ankara Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Qafqazda əsrlər boyu müxtəlif millətlər birlikdə yaşamış və yaşayacaqlar. Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və Dağlıq Qarabağ problemi həll olunmalıdır. Bunlar əsas şərtlərdir.
Əhməd Davudoğlu daha sonra deyib ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarıldıqdan və sülhün bərqərar olmasından sonra Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan sərhədləri açıla bilər. O zaman bu region sülh və sabitlik məkanına çevriləcəkdir. Biz bunu həyata keçirməkdə qətiyyətliyik.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50