2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7151 nəfər artaraq 695583 nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,7% artaraq 782,9 manat olub.
Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:
2017-ci ilinyanvar-oktyabr aylarında siyahı tərkibində olan işçilərinsayı (nəfərlə) | 2017-ci ilinyanvar-oktyabr aylarında orta aylıq nominal əmək haqqı (manat) | |
Bakı şəhəri - cəmi*) | 695 583 | 782,9 |
o cümlədən rayonlar: | ||
Binəqədi | 43 450 | 430,3 |
Xətai | 62 480 | 831,1 |
Xəzər | 29 506 | 644,9 |
Qaradağ | 25 198 | 956,8 |
Nərimanov | 64 699 | 519,6 |
Nəsimi | 152 509 | 614,8 |
Nizami | 44 672 | 668,9 |
Pirallahı | 7 716 | 1 379,6 |
Sabunçu | 27 379 | 484,7 |
Səbail | 114 171 | 1 490,3 |
Suraxanı | 19 371 | 572,6 |
Yasamal | 104 432 | 645,7 |