?Qarabağ? Seçki Bloku MSK-ya müraciət etdi
?Qarabağ? Seçki Blokunun səlahiyyətli nümayəndələrinin Ümid Partiyasının qərargahında toplantısı keçirilib. Blokun mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ?Qarabağ? Seçki Blokunun emblemi təsdiq olunub.
Emblem sarı fonda qırmızı rəngli ayparanın içində qara rəngdə yazılmış QARABAĞ sözü və xarı bülbül gülünün rəsmindən ibarətdir. İclasda blokun səlahiyyətli nümayəndələrinin siyahısı da təsdiq edilib.
Blok rəhbərliyi qeydə alınmaq üçün ?Qarabağ? Seçki Blokunun sənədlərini qeydə alınmaq üçün MSK-ya göndərildi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08