Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Mia.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur. Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış "Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif edilib.