Daxili Qoşunların generalı ehtiyata buraxılıb. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş.Xəlilovu "DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
