Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinin köçürüləcəyi özəl ali məktəblər müəyyənləşib. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir həmin universitetlərin adlarını açıqlamasa da, bildirib ki, həmin tələbələr müvafiq ixtisaslar üzrə yalnız özəl universitetlərə köçürüləcək. M.Mərdanov onu da qeyd edib ki, ABU-nun tələbələrin köçürülməsi və məzunlarına diplomların verilməsi üçün Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya universitetə qanuni yolla daxil olan məzunlara diplomlarının verilməsi məsələsini araşdırır. Onun sözlərinə görə, belə tələbələrə diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.