Hazırda Bakıda səfərdə olan Türkiyənin xarici işər naziri Mövlud Çavuşoğlu buradan İstanbula döndükdən bir neçə saat sonra ABŞ-a uçacaq.

Mia.az TRT-yə istinadən xəbər verir ki, nazir ABŞ-da BMT-nin Qüdsə bağlı növbəti toplantısına qatılacaq.

Məlumata görə, Çavuşoğlunu Türkiyəyə gələn Fələstinin xarici işlər naziri müşaiyət edəcək. Onlar birlikdə ABŞ-a gedərək, BMT-dəki səsverməyə qatılacaqlar.

Mia.az