Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

APA-nın məlumatına görə, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq. 

Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.