Bu gün ?Qarabağ? Seçki Blokunun rəsmi fəaliyyətə başlaması ilə bağlı təsisçi partiyalar arasında saziş imzalanıb. Ümid Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, imzalanma mərasimi ADP qərargahında keçirilib. Saziş Ümid, Demokrat və Aydınlar partiyaları arasında imzalanıb. Sazişdə blokun fəaliyyət istiqamətləri, o cümlədən namizəd olacaq 95 şəxs və onların səlahiyyətli nümayəndələri təsdiqini tapıb.