Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında seçki blokunun yaradılması ilə bağlı son görüş başlayıb. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı MİA-ya deyib ki, müzakira bu dəqiqələrdə davam edir. Müzakirədə Müsavat və AXCP rəhbərliyi iştirak edir: ?Əgər razılaşma əldə olunarsa, blok bu gün də elan oluna bilər?.