Baş nazir Artur Rasi-zadə  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın icrası ilə bağlı bəzi qərarlarına dəyişiklik edib.
 
Mia.az hökumətə istinadən xəbər verir ki, yeni qərara əsasən, "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588, № 10, maddə 934; 2014, № 7, maddə 912; 2016, № 4, maddə 789, № 7, maddə 1361) aşağıdakı dəyişikliklər edilib:

1.1. 1-3-cü hissələrdən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.2. həmin qərara 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin 2 Siyahısı”nın və 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın adlarından "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.