Milli Məclisin deputatları Nizami İsgəndərov və Rüfət Quliyev sentyabrın 4-də Moldovanın paytaxtı Kişinyov şəhərinə səfərə yola düşəcəklər. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, deputatlarımız Moldova Respublikasının Konstitusiya referendumuna monitorinq hazırlığını müşahidə edəcəklər. Səfər sentyabrın 7-də başa çatacaq.