Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiyası (ALP) parlament seçkilərində ?İnsan naminə? Seçki Bloku yaratmaq qərarı verib. VİP-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu gün adıçəkilən partiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda bu vaxta qədər bloka təklif olunan adlar ətrafında müzakirələr aparılıb və son nəticədə İnsan naminə adı üzərində dayanılıb. Bundan sonrakı mərhələdə ? seçkilərə start veriləndə isə qanunvericiliyə uyğun olaraq blokun hər iki partiya tərəfindən rəsmən təsis olunması nəzərdə tutulur. Blok 80 seçki dairəsindən namizəd irəli sürməyi planlaşdırır.