4 sentyabr 2010-cu il tarixdə saat 14-də ?Qarabağ? seçki blokuna daxil olan partiyaların rəhbərlərinin blokun namizədləri və partiya fəalları ilə toplantısı keçiriləcək. ADP mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda mövcud ictimai-siyasi vəziyyət barədə partiya rəhbərlərinin məruzəsi dinləniləcək və qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə bağlı son müzakirələr aparılacaq.