Mia.az xəbər verir ki, Prezident sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin biir başqa sərəncamları ilə Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilib.
Fəxrəddin İsa oğlu Qurbanov isə Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Mia.az