Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, C.Qurbanov 1994-cü ildən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.