Avropa Birliyi ölkələrinin maliyyə nazirləri vergi hesabatı üzrə qurumla əməkdaşlıq etməkdən imtina edən dövlətlərin "qara siyahısını" dərc edib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün dərc olunan siyahıda 17 ölkənin adı keçir və onların əksəriyyətində ofşor zonalar yerləşir: ""Qara siyahıya" bu dövlətlər düşüb: Samoa, Bəhreyn, Barbados, Qrenada, Quam, Makao, Marşal Adaları, Monqolustan, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri, Palau, Panama, Sent-Lusia, Trinidad və Toboqo, Tunis və Cənubi Koreya".
Avropalı nazirlər eyni zamanda 47 ölkənin daxil olduğu "boz siyahı" da dərc ediblər. Bu siyahıya Avropa Birliyinin vergi standartları ilə uzlaşmayan dövlətlər salınıb.
Mia.az