"Trampa minnətdar olmalıyıq, o Amerikanı bataqlığa sürükləməklə bizim işimizi asanlaşdırır” – bu rusiyalı millətçi siyasi ekspertlərdən birinin sözləridir. Adam haqlıdır. İnşaatçı Tramp tikmir, sökür, indi də Qüdsü İsrailin paytaxtı kimi tanıyacağının anonsunu verib. Bu, onun seçkiqabağı vədidir. Trampın bu qərarı Amerikanın regional maraqlarına yaxşı heç nə vəd etmir".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İsrail onsuz da ABŞ-ın müttəfiqidir, ancaq o biri ərəb müttəfiqləri bu qərardan narazı qalacaqlar:

"Üstəlik, Fələstində israil hərbçilərinə qarşı hücumlarla başlamasa, yaxşıdır. Ağ Ev sahibinin Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə toqquşmalarda ölən olacaqsa, buna görə Tramp da məsuliyyət daşıyacaq. Heç bu qərarın vaxtı və yeridir? Yaxşı Trampın xarici siyasətdən başı çıxmır, bəs müşavirləri hara baxır, məsləhət vermirlər ona?".

Politooq deyib ki, Tramp iki gün öncə də sosial şəbəkədə Böyük Britaniyanın baş naziri Tereza Meyi sancıb, aşağılayıb:

"Amerikaya Böyük Britaniyadan yaxın dövlət yoxdur, uzun onilliklərdir ki, müttəfiqdirlər və iş o yerə çatıb ki, Böyük Britaniya parlameni Donald Trampı London səfərini təxirə salmasını tələb edib. Düz deyir rusiyalı ekspert, Tampın Putinin işini asanlaşdırır".

Mia.az